SİZİN REKLAM BURADA!
055 213 76 73


"İki həftə ərzində Qazaxıstana 200 mindən çox rusiyalı daxil olub".

BAKU.WS kazinform-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının daxili işlər naziri Marat Əhmədcanov Nazirlər Kabinetinin iclasından sonra KİV nümayəndələrinə müsahibəsində deyib. 

Nazirin sözlərinə görə, dünəndən etibarən Rusiyadan Qazaxıstana insan axını səngiyib və normal həddə çatıb.

“Bu məsələ nəzarətdədir. 2 həftəyə 200 mindən çox Rusiya vətəndaşı Qazaxıstana daxil olub. Onlardan 147 min nəfəri artıq gedib. Təbii ki, qismən səfərbərlik elan olunanda böyük tıxaclar yaranmışdı. Dünəndən bu yana normallaşıb. Məsələn, dünəni götürsək, ölkəmizə 7 mindən çox Rusiya vətəndaşı daxil olub, 11 minə yaxını isə çıxıb. Miqrasiya vəziyyəti nəzarət altındadır. Biz hər şeyə baxırıq”, - deyə Marat Əhmədcanov bildirib.

Qazaxıstan DİN-in açıqlamasına görə, bir çox rusiyalı Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit ölkə olaraq istifadə edir.

BAKU.WS