SİZİN REKLAM BURADA!
055 213 76 73


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In bu dəfə ailəsi ilə gündəmdədir.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, KXDR Dövlət Televiziyasında yayımlanan verilişdəki kiçik qızın Kim Çen Inın qızı ola biləcəyi iddia edilir.

Ölkənin qurulmasının 75-ci ildönümü tədbirində səhnədə rəqs edən kiçik qız dünya mediasının diqqətini çəkib. Belə ki, çinli mütəxəssislərin iddiasına görə, kameraların daha çox həmin uşağa fokuslanması, eləcə də səhnədə saçını toplamayan yeganə qız olması, Kim Çenin onun çıxışı zamanı daha çox sevinməsi bunu söyləməyə əsas verir. Bundan başqa, tədbirdən sonra Kim Çen Inın xanımı Ri Sol Ju qıza yaxınlaşaraq onunla xüsusi rəftar edib.

BAKU.WS
QALEREYA