Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Binədə meşə fonduna aid ərazi zəbt edilib?
Video
Sosial 10

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində meşə fonduna aid torpaqların hasarlanaraq zəbt edildiyi, ağacların kəsildiyi və tikinti işlərinin aparıldığı iddia olunur.

Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, ərazi əvvəllər meşəlik olub və ağacların bir hissəsi kəsildikdən sonra orada tikinti işləri aparılıb.

Sözügedən iddiaların əsaslı olub-olmaması aidiyyəti qurumların araşdırmasından sonra dəqiqləşə bilər.

Qeyd edək ki, qanunvericiliyə əsasən, ağacların kəsilməsi ərazinin statusundan və müvafiq icazənin olmasından asılıdır, şəxsi ərazidə yerləşməsi belə ağacların icazəsiz kəsilməsinə əsas vermir. Meşə fonduna aid ərazidə qanunsuzluq halları daha ciddi hüquqi qiymətləndirilmə tələb edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Vətəndaşın evi qanunsuz sökülüb?

Vətəndaşın evi qanunsuz sökülüb?

Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Görədil bağ massivində yerləşən evinin heç bir xəbərdarlıq edilmədən dağıdıldığını bildirir. Ba...

90 Sosial 19:28 08 avqust 2026

Son xəbərlər