Hakan Fidan: Qafqazda da müdafiə ittifaqının yaradılmasına ehtiyac yarana bilər

Hakan Fidan: Qafqazda da müdafiə ittifaqının yaradılmasına ehtiyac yarana bilər
Dünya 4

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qafqaz ölkələri ilə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə sazişinə bənzər müdafiə əməkdaşlığının yaradılmasının mümkünlüyünü açıqlayıb.

BAKU.WS xəbər verir ki, Hakan Fidan bu barədə "Anadolu Ajansı"nın "Editör Masası" proqramında danışıb.

O bildirib ki, Türkiyə Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün oxşar strateji mövqeyə malikdir.

"Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün də bənzər strateji mövqeyi var", - deyə nazir qeyd edib.

Hakan Fidanın sözlərinə görə, Türkiyə bu cür əməkdaşlıqlar qurmaqla dünyanın müxtəlif bölgələrində diplomatik təsir imkanlarını genişləndirir.

Nazir Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunub. O bildirib ki, Ankara bu prosesi dəstəkləyir və sülhün əldə olunması təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.

"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər", - Hakan Fidan vurğulayıb.

Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün iştirakçılara qarşı hücum kimi qiymətləndiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər