SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriyanın Tartus şəhəri sahillərində Aralıq dənizində Livandan olan qanunsuz miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qəza yerində xilasetmə işləri davam edir.

Bundan əvvəl Livanın ictimai işlər və nəqliyyat naziri vəzifəsini icra edən Əli Hami “Al Mayadeen” telekanalına müsahibəsində batmış gəminin göyərtəsində 120-dən 150-dək insanın ola biləcəyini qeyd edib.

Suriyalılar, livanlılar və fələstinlilər arasından miqrantların olduğu gəmi bir neçə gün əvvəl Livanı tərk edərək Yunanıstan sahillərinə istiqamət alıb.

BAKU.WS