SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Gürcüstanla sərhədindəki nəzarət-buraxılış məntəqəsində 2 mindən çox minik avtomobili növbə gözləyir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Bildirilir ki, 2 mindən çox minik avtomobili Yuxarı Lars buraxılış məntəqəsindən keçmək üçün gözləyir.

Gürcüstana keçmək istəyən yük avtomobillərinin sayı 1300-ə çatır. Onlar sərhədi elektron növbə əsasında keçirlər.

Gürcüstandan Rusiyaya nəqliyyat vasitələrinin keçidində isə heç bir sıxlıq müşahidə olunmur.

BAKU.WS
QALEREYA