Putin Rusiyada qismən səfərbərlik elan edib

Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik haqqında fərman imzalayıb.
BAKU.WS "İzvestiya"ya istinadla xəbər verir ki, səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayacaq.
Rusiya Prezidentinin sərəncamına əsasən, hərbi xidmətə yalnız ehtiyatda olan və ilk növbədə, silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar cəlb olunacaqlar.
“Müdafiə müəssisələrinin maddi, resurs və maliyyə təminatı ilə bağlı bütün məsələlər hökumət tərəfindən dərhal həll edilməlidir”, - deyə Putin bildirib.
Dövlət Duması Rusiya ordusunda hərbi xidmət üçün müqavilə bağlamış əcnəbilərin vətəndaşlıq almasını asanlaşdıran düzəlişlər qəbul edib.
Həmçinin Cinayət Məcəlləsinə "səfərbərlik", "hərbi vəziyyət", "müharibə vaxtı", "silahlı münaqişə" anlayışlarının daxil edilməsinə dair düzəlişi təsdiqləyib. Bundan başqa, parlamentin aşağı palatası fərarilik və könüllü təslim olmanın cəzalandırılması ilə bağlı düzəlişləri, deputatlar isə müharibə zamanı qarətə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını təsdiqləyiblər.
Oxşar xəbərlər
Rusiya MN Mariupolda təslim olan ukraynalı hərbçilərin sayını AÇIQLAYIB
Mariupol şəhərində daha 134 ukraynalı hərbçi təslim olub. BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazir...
