"İstanbullu Gelin"dəki hadisə gerçək oldu - Aslı Enver Praqaya köçür
Məşhur aktrisa Aslı Enver şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aktrisa həyat yoldaşı Berkin Gökbudakla birlikdə xaricə köçməyə hazırlaşır.
Bu qərarın verilməsinə səbəb B. Gökbudakın iş yerini dəyişməsi olub.
Cütlüyün yeni yaşayış yeri kimi Praqa şəhərini seçdiyi bildirilir.
Aslı Enverin həyatındakı bu dəyişiklik izləyicilərin xüsusi marağına səbəb olub.
Belə ki, aktrisa 9 il əvvəl yəni, 2017-ci ildə məşhur "İstanbullu Gəlin" serialında çəkilərkən də ssenariyə əsasən Praqaya köçmüşdü.
İllər sonra da Aslının eynilə serialdakı kimi Praqaya köçməsi fanatları tərəfindən təəccüblə qarşılanıb.
Oxşar xəbərlər
Samir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. BAKU.WS xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər"...