VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deputatlar arasında şifahi qarşıdurmadan sonra fasilə elan etmək məcburiyyətində qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Erməni deputatlar arasında qarşıdurmaya səbəb “Hayastan” blokunun deputatı Qeqam Manukyanın çıxışı olub. Belə ki, o, deputat həmkarlarını Paşinyanı deyil, Ermənistanı xilas etməyə çağırıb. Ardınca baş naziri "satqın" adlandırıb.

Bundan sonra hakim partiyanın deputatları Qeqam Manukyana etiraz etməyə başlayıblar. Nəticədə deputatlar arasında qarşıdurma baş verib.

BAKU.WS
VİDEO