Ermənistanda müxalifət liderinə qarşı cinayət işi açıldı

03
mar
2021
23:58
Ermənistanın müxalifət lideri, “Vətənin qurtuluşu hərəkatı”nın rəhbəri Vazgen Manukyana qarşı cinayət işi açılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı çağırış vərəqi Manukyana bu gün keçirilən aksiya zamanı təqdim edilib. O, ölkənin Konstitusiya quruluşunu zor gücünə devriməyə çalışmaqda ittiham olunur.
Manukyanın müttəfiqi Qegam Manukyan bu cür çağırış vərəqinin birinci dəfə gəlmədiyini və artıq buna öyrəşdiklərini deyib:
“Vagen Manukyan və digərləri artıq buna vərdiş ediblər. İstintaq Komitəsi onlarla belə vərəq göndərə bilər. Kağızlara heyfdir”.
Oxşar xəbərlər
Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir
İrəvanın Baqramyan prospektində müxalifətin mitinqi keçirilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, müxalifət hərəkatının üzvü Gegham Manukyan aksiya iştira...
