Ermənistan parlamentində qalmaqal: Deputatın qollarını burub zaldan çıxardılar - VİDEO

Ermənistan parlamentində qalmaqal yaşanıb.
Parlamentin iclasında çıxış edən müxalif “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan “Qarabağ iddiasından geri çəkilən və unudan vətən xainidir” cümləsini işlədib.
O, bu ifadələri bir neçə dəfə təkrar edib.
Öz növbəsində iclası aparan vitse-spiker Ruben Rubinyan Q.Manukyanı etika qaydalarını pozmamağa çağırıb.
“Cənab Manukyan, etika qaydaları var. Onları pozmayın. “Vətən xaini” ifadəsini işlətdiniz. O zaman açıq deyin, “vətən xaini” deyərkən kimi nəzərdə tutursunuz?”
Deputatlar arasında yaranan mübahisə nəticəsində Qeqam Manukyanın mikrofonu söndürülüb və ona parlament tribunasını tərk etmək əmri verilib.
Deputat bu tələbi yerinə yetirməkdən imtina edib.
Nəticədə mühafizəçilər müxalif deputatın qollarını buraraq onu zorla parlament zalından çıxarıblar.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...
