SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistanın Baş naziri Şahbaz Şərif şiddətli musson yağışları və daşqınlar nəticəsində ciddi zərər çəkmiş ölkəsinə beynəlxalq yardım göstərilməsini xahiş edib.

BAKU.WS azərtac-a istinadla xəbər verir ki, Şahbaz Şərif xarici diplomatlarla və müxtəlif təşkilatların nümayəndələri ilə görüşüb. Məlumat verib ki, daşqınlar 2010-cu ildəkindən daha dağıdıcı olub. O vaxt 1700 nəfər təbii fəlakətin qurbanı olmuşdu. İyunun ortalarından başlayaraq Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 937 nəfərə çatıb, onların üçdəbiri uşaqlardır. Sel suları 170 mindən çox evi zədələyib, yolları sıradan çıxarıb, 150-yə yaxın körpünü dağıdıb.

Associated Press agentliyinin yaydığı xəbərə görə, xilasedicilər sakinləri kömək gözləyən bir çox rayonlara hələ də yetişə bilməyiblər.

Pakistan Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Asim İftixar Əhmədin sözlərinə görə, daşqınlar xüsusən Sind və Bəlucistan əyalətlərində kütləvi dağıntılara səbəb olub. Ölkənin hakimiyyət orqanları çoxsaylı insan tələfatı, əmlak itkiləri, infrastrukturun sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.

BMT Pakistana yardım üçün 3 milyon dollar ayıracağını bildirib.

BAKU.WS