16 yaşlı futbolçunun məşqdən sonra ürəyi dayandı
Rusiyanın "Rotor" futbol klubunun yetirməsi Maksim Semenov 16 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat klubun rəsmi "VKontakte" səhifəsində paylaşılıb.
""Rotor" İdman Məktəbinə böyük bir faciə üz verib. Yetirməmiz Maksim Semenovun həyatı yarımçıq qaldı. Valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Sizinlə birlikdə kədərlənirik", – deyə paylaşımda qeyd olunub.
SHOT "Telegram" kanalının məlumatına görə, futbolçu məşqdən sonra evə qayıdaraq dincəlmək və kompüter oyunları oynamaq üçün oturub. Lakin qəfildən özünü pis hiss edib. Yaxınları dərhal təcili tibbi yardım çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Maksim evdə dünyasını dəyişib. İlkin ehtimallara görə, ölümün səbəbi ürək dayanması olub.
Maksim Semenov "Rotor" idman məktəbinin yetirməsi olub, "Rodina" mini-futbol klubunda çıxış edib və "Kaustik"ə qarşı matçda Cənub Liqasında debüt edib.
Oxşar xəbərlər
Ukrayna tərəfində ən yaxşı vuruşan əcnəbilər kolumbiyalılardır
"Rusiya ilə müharibədə Ukrayna tərəfində əcnəbilər vuruşmağa davam edirlər, onlar özlərini yaxşı tərəfdən göstərirlər". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...