16 km-dən işləyən Wi-Fi router satışa çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Simsiz rabitə həlləri sahəsində ixtisaslaşmış "Morse Micro" şirkəti "MM-HL1-EXT" adlı yeni "Wi-Fi HaLow" cihazını təqdim edib.
BAKU.WS xəbər verir ki, bu cihaz 16 kilometrədək radiusda qurğulara internet bağlantısı təmin edə bilir.
Qiyməti cəmi 99 dollar (168 AZN) olan bu router əsasən kənd yerləri və sənaye mühitində istifadə üçün nəzərdə tutulub. Çünki uzunməsafəli əlaqə və aşağı enerji istehlakı tələb edən sahələrdə effektiv işləyə bilir.
Cihaz şəhərdən kənarda 16 km-ə, şəhər mühitində isə 3 km-ə qədər siqnal ötürmək qabiliyyətinə malikdir. Routerin ənənəvi "Wi-Fi 4" (802.11n, 2.4 GHz) dəstəyi də var ki, bu da onu "Wi-Fi HaLow" dəstəkləməyən qurğularla uyğun edir.
İki diapazonlu bu funksiya routerin həm müstəqil giriş nöqtəsi, həm də siqnal gücləndirici kimi işləməsinə imkan yaradır.
Oxşar xəbərlər
100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanları...