SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 30 nəfərə çatıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

O vurğulayıb ki, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış işləri aparılır, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Bildirilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.

BAKU.WS