Ərdoğan və Putinin 4 saatlıq görüşü başa çatdı

05
avq
2022
21:16
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə baş tutan görüş başa çatıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 4 saata yaxın davam edən görüş zamanı taxıl koridoru, "Akkuyu" atom stansiyası, Suriyadakı hadisələr və Rusiya qazının Avropaya Türkiyə üzərindən nəqli müzakirə edilib.
Görüşdən öncə hər iki liderin mətbuata verdiyi açıqlama zamanı Putin taxıl nəqli ilə bağlı, "Avropa Ərdoğana minnətdar olmalıdır. Bu razılaşma sizin əsərinizdir", - deyə qeyd edib.
Oxşar xəbərlər
Ermənistanın region üçün qurduğu "saatlı bomba" - Dəhşət yaşana bilər
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Sədr müavini, Iğdır Azərbaycan evi Dərnəyi Sədri, jurnalist Serdar Ünsal Ermənistanda yerləşən Metsamor...