SİZİN REKLAM BURADA!
055 213 76 73


OPEC ölkələri 2022-ci ilin mayında neft hasilatını 239 min barel/sutka azaldıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə OPEC-in iyun hesabatında deyilir.

Ötən ay təşkilat ölkələrinin ümumi hasilatı 28,465 milyon barel/sutka təşkil edib.

Eyni zamanda, OPEC-in 10 üzv ölkəsi hesabat dövründə hasilatı 27 min barel/sutka artıraraq 28,465 milyon barel/sutkaya çatdırıb.

OPEC-in ən iri neft hasilatçısı olan Səudiyyə Ərəbistanının ötən ay hasilatı 50 min barel artaraq 10,417 milyon barel/sutka təşkil edib.

OPEC ölkələri arasında hasilatın azalması, İran, Venesuela və Liviyada qeydə alınıb.

BAKU.WS