SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Avropa İttifaqı üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir və namizəd statusu istəyir”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında videomüraciət zamanı bildirib.

Zelenski xatırladıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu yaxınlarda Odessaya səfər edib və orada raket hücumu səbəbindən sığınacağa enmək məcburiyyətində qalıb.

“Əgər bu, hətta bu səviyyədə hiss olunurdusa, bəs niyə Rusiya hələ də terrorçu dövlət, terrorun himayədarı dövlət kimi tanınmayıb? Ukraynanın hardasa, sizin dövlətlərinizin hüdudlarından kənarda, Avropanın bir parçası olaraq qalması faktı Rusiyanın öz qonşularını ələ keçirmək üçün aqressiv iştahı inkişaf etdirməsinə kömək etdi.

Yalnız Avropa Birliyini genişləndirməklə, gücləndirməklə biz Avropanın fevralın 24-də, 2014-cü ildə, hətta 1968 və ya 1956-cı ildə yaşadıqlarının təkrarlanmasının qarşısını ala bilərik.”, - deyə o, bildirib.

BAKU.WS