SİZİN REKLAM BURADA!
055 213 76 73


Son üç ay ərzində Rusiyanın 8 milyonçusu müəmmalı şəraitdə dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, onların bəziləri ailələri ilə birgə ölü tapılıb.

Maraqlıdır ki, həyatını itirən rusiyalı oliqarxlar Rusiyanın neft-qaz sektorunda çalışan iş adamları olub. Onların bəzilərinin özlərinə qəsd etdiyi, digərlərinin isə qəza nəticəsində həyatlarını itirdikləri iddia edilir.

Ölən rusiyalı oliqarxlar bunlar olub:

Sergey Protosenya

Rusiyalı oliqarx həyat yoldaşı və qızı ilə birgə İspaniyada ölü tapılıb. İstintaqa görə, "Novatek" qaz şirkətinin sədr müavini əvvəlcə həyat yoldaşı, daha sonra qızı, sonda isə özünü öldürüb.

Vladislav Avayev

"Qazprombank"ın vitse-prezidentinin də İspaniyada həyat yoldaşı və 13 yaşlı qızı ilə cəsədləri tapılıb. O, Protosenyadan bir gün öncə həyatını itirib.

Leonid Şulman

Yanvarın sonlarında, Rusiyanın Ukraynaya hücumundan əvvəl "Qazprom"un 60 yaşlı top meneceri Leonid Şulman ölü tapılıb. Onun intihar etdiyi bildirilir.

Aleksandr Tyulyakov

Demək olar ki, bir ay sonra (25 fevral) Aleksandr Tyulyakov evdə asılmış vəziyyətdə tapılıb. Tyulyakov həm də Rusiyanın enerji nəhənginin keçmiş meneceri olub.

Mixail Toltoşeya

1955-ci ildə Ukraynada anadan olan Mixail Toltoşeya İngiltərənin Surrey şəhərindəki malikanəsində ölü tapılıb.

Vasili Melnikov

Martın 24-də "MedStom" tibbi mallar korporasiyasını idarə edən milyonçu Vasili Melnikov Nijni Novqoroddakı mənzilində ölü tapılıb. Onunla birlikdə həyat yoldaşı Qalina və iki azyaşlı oğlu ölü tapılıb.

Andrey Krukovski

37 yaşlı həyatını itirən multimilyonçu Soçi yaxınlığındakı “Krasnaya Polyana” xizək kurortunun direktoru olub. Məhz bu kurort Prezident Vladimir Putinin xüsusilə sevimli istirahət yeridir. “Kommersant” qəzetinin yazdığına görə, mayın 2-də Krukovski zirvədən qalxarkən qəzaya uğrayıb.

Aleksandr Subbotin

"Lukoyl"un keçmiş icraçı direktoru, 43 yaşlı milyonçu da Mıtişşi şəhərində ölü tapılıb.

BAKU.WS