SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ kəşfiyyat orqanları Ukrayna və Əfqanıstandakı vəziyyətin təhlilində yol verilən səhvlərə görə xarici qüvvələrin döyüş qabiliyyətinin qiymətləndirilməsi metodologiyasının genişmiqyaslı daxili auditini aparır.

BAKU.WS "publika.az"a istinadən xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadlayazır.

Senatın Kəşfiyyat Komitəsi Milli Kəşfiyyat Direktorunun Ofisinə, Müdafiə Nazirliyinə və Mərkəzi Kəşfiyyat İdarəsinə gizli məktub göndərərək qeyd edib ki, bu qurumlar ümumiyyətlə Rusiya ilə müharibədə Ukrayna hərbçilərini aşağı qiymətləndirirlər və Talibana qarşı olan əfqan qüvvələrini həddindən artıq yaxşı qiymətləndirirlər. Mənbələrin bildirdiyinə görə, məktubun müəllifləri kəşfiyyat orqanlarının təxminlərinin və müvafiq fərziyyələrin əsaslandığı metodologiyanı şübhə altına alıblar.

Qeyd olunur ki, hesablamalarda səhvlər olmasaydı, ABŞ Ukraynaya daha əvvəl silah tədarükünə başlaya bilərdi. Müharibə ərəfəsində kəşfiyyat məlumat verdi ki, Kiyev çox güman ki, Rusiyanın işğalından sonra üç-dörd gün ərzində çökəcək.

Vurğulanıb ki, yalnız Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosu Ukrayna silahlı qüvvələrinin imkanlarına daha dəqiq qiymət verib.

Digər kəşfiyyat xidmətləri öz nəticələrini Rusiya ordusunun silah, texnika və canlı qüvvədə kəmiyyət üstünlüklərinə əsaslandırıb. Lakin kəşfiyyat üçün ən çətin qeyri-maddi xüsusiyyətlərdən biri olan “mübarizə iradəsi” nəzərə alınmayıb.

Eyni zamanda qeyd edilir ki, ABŞ kəşfiyyat orqanları Rusiyanın işğaldan əvvəl nələr planlaşdırdığına dair dəqiq təxminlər verib.

BAKU.WS