15 iyul çevriliş cəhdində Ərdoğana sui-qəsd edən keçmiş zabit MƏHKƏMƏDƏ
Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən sui-qəsd qrupunun üzvü Burkay Karatepe məhkəməyə çıxarılıb.
BAKU.WS xəbər verir ki, uzun illər axtarışda olan və Afyonkarahisarda gizləndiyi evdə saxlanılan, Silahlı Qüvvələrdən xaric edilmiş keçmiş kapitan polis bölməsindəki istintaq hərəkətlərindən sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında ədliyyəyə gətirilib.
Məlumata görə, Burkay Karatepe 15 iyul çevriliş cəhdində Prezident Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən 37 nəfərlik qrupun üzvlərindən biri olub. Hadisədən sonra qaçaraq uzun müddət gizlənən Karatepe son altı ay ərzində aparılan xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Onun gizləndiyi evdə aparılan axtarış zamanı külli miqdarda nağd pul, xarici valyuta, qızıl, saxta şəxsiyyət vəsiqələri, noutbuk, mobil telefonlar, müxtəlif sənədlər, narkotik maddə və rəqəmsal daşıyıcılar aşkar edilərək götürülüb.
Keçmiş hərbçi "Prezidentə sui-qəsd", iki nəfərin qəsdən öldürülməsi, dövlət qulluqçularını öldürməyə cəhd, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə, yaşayış sahəsinə qanunsuz daxil olma və digər maddələr üzrə ittiham olunur.
Oxşar xəbərlər
Ərdoğan ABŞ və İran arasındakı münaqişəni dayandırmağın yeganə yolunu açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya Baş naziri Sanae Takaiçi ilə görüşündə İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolunun danışıqlar ol...