15 fələstinli Türkiyəyə gətiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildən çıxan bir qrup fələstinli məhbusun Türkiyəyə gətiriləcəyi açıqlanıb.
BAKU.WS xəbər verir ki, 15 fələstinli məhbus Misir vasitəsilə Türkiyəyə gələcək.
Bu addım İsrail və Fələstin arasında atəşkəs razılaşması çərçivəsində həyata keçirilir.
Türkiyə Prezidenti Administrasiyasının verdiyi məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən ilk mərhələdə 15 fələstinli məhbus Misirdən Türkiyəyə gətiriləcək.
Qeyd edək ki, İsrail atəşkəs razılaşmasına əsasən, ömürlük həbs cəzası almış bəzi fələstinli məhbusların azad edildikdən sonra bir daha Fələstinə qayıtmamasını şərt kimi irəli sürüb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...