SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda davam edən etirazlar fonunda “Müqavimət” hərəkatı üzvləri yenidən İrəvanın mərkəzindəki Baqramyan prospektini bağlayıblar.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hadisə yerinə gələn polislərin müdaxiləsi ilə etirazçıların bir qismi yolun hərəkət hissəsindən çıxarılıb, bir hissəsi isə saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

***11:02

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 70-ə çatıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, onların arasında müxalifətin tanınmış fəalları da var.

Məlumata görə, saxlanılardan biri Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryandır.

Müxalifət liderləri İrəvanda eyni vaxtda 20 mitinqin keçirildiyini vurğulayıblar.

BAKU.WS
VİDEO