Bayden Ukraynaya daha bir neçə milyard ayrılması üçün Konqresə müraciət edəcək

ABŞ prezidenti Co Bayden növbəti beş ay ərzində Ukraynaya dəstək üçün 33 milyard dollar hərbi, iqtisadi və humanitar yardım üçün Konqresə müraciət edəcəyini açıqlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, prezident Bayden bu barədə Ukraynadakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O, ABŞ konqresmenlərinin bu yardım paketi təsdiqləməsinin vacib olduğunu vurğulayıb.
Təklifə 20 milyard dollardan çox hərbi yardım, 8,5 milyard dollar iqtisadi yardım və 3 milyard dollar humanitar yardım daxildir.
Bayden deyib ki, bu vəsait az deyil: "Amma təcavüzə icazə versək, aqressiyanın qarşısını almaq daha baha başa gələcək."
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...
