Bayden Rusiyanın Ukraynaya mümkün hücumu qarşılığında ABŞ-ın nə edəcəyini açıqladı
08
dek
2021
23:17
ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı birtərəfli qaydada güc tətbiq etməyəcək.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Co Bayden bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ABŞ NATO ölkələrindəki hərbi mövcudluğunu genişləndirəcək və Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.
Həmçinin, Bayden bəyan edib ki, ABŞ və NATO-nun fövqəladə vəziyyətlərdə Ukraynanın müdafiəsi üçün hərbçilərini göndərmək kimi bir öhdəliyi yoxdur.
Oxşar xəbərlər
Bayden və Makron G7 çərçivəsində bu ölkələri müzakirə ediblər
G7 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla görüşüb. Görüş zamanı tərəflər NATO-nun müasirləşdirilməsini, həmçinin Rusiy...