Almaniya XİN vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Almaniya XİN vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
Siyasət 78

Almaniya XİN Ukraynada olan vətəndaşlarına müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Almaniya XİN Ukrayna ərazisində qalan vətəndaşlarını bu ölkəni tərk etməyə, belə bir imkanı olmayan şəxsləri isə mühafizə olunan yerlərdə qalmağa çağırıb. Almaniya hökuməti bildirib ki, hazırda Almaniyanın hakimiyyət orqanlarının köməyi ilə təxliyyə etmək mümkün deyil.

“Almaniya vətəndaşları, təhlükəsizliyinizin qorunması naminə təcili Ukraynanı tərk edin. Əgər ölkədən çıxmaq imkanınız yoxdursa, təhlükəsiz ərazi tapıb müvəqqəti olaraq orada qalın”, - deyə müraciətdə bildirilib.

Son xəbərlər