Zelenski ölkəni tərk edənlərə 24 saat vaxt verdi
Ukrayna prezidenti Vladimir Zelenski son günlərdə deputatları, oliqarxlar və iş adamlarının ölkəni tərk etməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət başçısı onları 24 saat ərzində geri qayıtmağa çağırıb.
Bu barədə Ukrayna lideri Almaniya kansleri Olaf Şoltsla görüşün yekunlarına dair brifinqdə bildirib.
“Öz adımdan xahiş etmək istəyirəm ki, onlar 24 saat ərzində ölkəyə qayıtsınlar. Hesab edirəm ki, onlar qayıtmalıdırlar. Əks halda dövlət, rəhbərlik olaraq hamımız nəticə çıxarmalıyıq”, - deyə Zelenski bəyan edib.
Qeyd edək ki, Ukrayna mətbuatı bəzi deputatların, iş adamları, oliqarxların ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, gün ərzində onlarla təyyarə və çarter reysi ölkəni tərk edib.
Oxşar xəbərlər
Merkel Lavrova görə ayağa qalxdı – VİDEO
Almaniya Kansleri Angela Merkel Rusiyaya işgüzar səfəri çərçivəsində ölkə prezidenti Vladimir Putinlə görüşüb. BAKU.WS “Oxu.az”a istinadən xəbər verir ki, Rusiy...