140 CAN ALDI - Qitədə ölümcül virus tüğyan edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ölümcül virus Afrikanı bürüyüb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) məlumat yayıb.
Afrikalılar artıq Konqo Respublikasının 140 vətəndaşının həyatına son qoyan ölümcül virusla bağlı həyəcan təbili çalır. Vəziyyət getdikcə pisləşir.
Mütəxəssislər xəstəliyi müəyyən edə və ya müvafiq müalicəni təyin edə bilməyiblər. Yeni virusun mənşəyi də məlum deyil. Həkimlər əsas simptomları müəyyən edirlər: xəstələr yüksək hərarətdən və şiddətli baş ağrısından şikayətlənirlər.
Virus ən çox qadınlar və uşaqlar üçün təhlükə yaradır.
Dövlət sərhədində yoluxucu xəstəliklərə yoluxanların müəyyən edilməsi üçün xüsusi sistemlər fəaliyyət göstərir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...