14 metrlik çılpaq qadın heykəli şəhəri "ayağa qaldırdı"

ABŞ-nin Kaliforniya ştatında yerləşən San Francisco şəhərində ictimaiyyətin fikri alınmadan dikilən 14 metr boyundakı çıplak qadın heykəli böyük mübahisələrə səbəb olub. Heykəl tamamilə çıplak vəziyyətdə, qolları açıq olan bir qadını təsvir edir.
BAKU.WS xəbər verir ki, heykəlin şəkilləri sosial mediada yayıldıqdan sonra tənqidlər yağıb.
"R-Evolution" adlı heykəl, şəhərin mərkəzindəki Embarcadero Meydanına aprel ayının əvvəlində, 14,5 ton ağırlığında və tamamilə çıplak bir qadını təsvir edən şəkildə qoyulub. Xüsusi maliyyə mənbələrindən maliyyələşən layihə ictimaiyyətin razılığını alma prosesini keçmədən həyata keçirilib. Şəhər sakinləri heykəlin yerləşdirilməsindən narazıdırlar.
Sosial mediada heykəlin şəkilləri yayıldıqdan sonra istifadəçilər "Heç kəs bu heykəli istəmir", "Bu pula ümumi tualet tikilsəydi daha yaxşı olardı" və "Ferry Binası'na getmək üçün heykəlin ayaqları arasından keçməliyik" kimi şərhlər yazıblar.
Bundan əlavə, şəhər sakinləri heykəlin, şəhərin simvolik Ferry Binası'nın mənzərəsini blok etdiyini irad tutublar. San Francisco pandemiya sonrası iqtisadi çətinliklərlə mübarizə apardığı bir dövrdə, bu layihəyə ayrılan büdcə ciddi tənqidlərə səbəb olub. Şəhər mərkəzindəki ofis sahələrinin üçdə biri boş vəziyyətdədir və şəhər mərkəzi əvvəlki qədər canlı deyil. Şəhər rəhbərliyi mərkəzə insan cəlb etmək məqsədilə 300.000 dollar ayraraq bu layihəni həyata keçirmişdi, amma gözlənilən əksinə, mənfi reaksiyalar alındı.

63 yaşlı sənətçi Marco Cochrane, əsərinin "qadın gücünü" simvollaşdırdığını bildirib. O, "Anam feminist idi, dünyaya qadın enerjisini gətirməyi mənə tapşırdı" deyərək, heykəlin cinsi bərabərlik və güc anlayışlarını dəyişdirməyi hədəflədiyini söyləyib. Lakin tənqidçilər qadın hüquqları mövzusunda olan bir əsərin kişilərin yaratması məsələsini ironiya olaraq qiymətləndiriblər.

Heykəl maraqlı bir texnoloji xüsusiyyətə də sahibdir. Hər gün saat 17:00-18:00 arasında, qoyulan elektron sistemlər sayəsində heykəlin sinəsi nəfəs alırmış kimi qalxıb-enir. İlk dəfə 2015-ci ildə Burning Man festivalında nümayiş etdirilən heykəl, New York'un Union Meydanı'na yerləşdirilmək üçün nəzərdə tutulmuşdu, amma çəkisinin çox olması səbəbilə San Francisco'ya gətirilib.

Heykəl üçün yer açmaq məqsədilə həmin ərazidə fəaliyyət göstərən küçə sənətçiləri müvəqqəti olaraq uzaqlaşdırılıb. Bu isə sənət dünyasında narazılığa səbəb olub. Mədəniyyət İdarəsinin rəhbəri Ralph Remington, açıqlamasında "Kamusal sənət, San Francisco'nun mədəni kimliyinin vacib bir hissəsidir" dedi və heykəlin şəhərin yaradıcı ruhunu əks etdirdiyini vurğuladı.

Heykəl oktyabr ayına qədər şəhərdə qalacaq. Şəhər rəhbərliyi layihənin mərkəzi canlandıracağını ümid edir, amma şəhər sakinləri heykəlin qaldırılmasını tələb edirlər.
Oxşar xəbərlər
Nusret Gökçe ingilis dilində danışığı ilə gündəm oldu
Türkiyəli məşhur aşpaz Nusret Gökçe danışığı ilə gündəm olub. BAKU.WS xəbər verir ki, artıq 10 ildir xaricdə yaşayan aşpaz ingilis dilindəki danışıq trəzi ilə...
