SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev xalqa müraciət edib.

BAKU.WS xəbər verir ki, N.Nazarbayev sosial media üzərindən videomüraciət yayımlayıb:

“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.

BAKU.WS