SİZİN REKLAM BURADA!
055 213 76 73


Dubay əmiri Məhəmməd Əl-Maktumun keçmiş həyat yoldaşı şahzadə Haya ondan boşandıqdan sonra təxminən 554 milyon funt sterlinq alacaq.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, boşanma prosesinin aparıldığı Böyük Britaniya Ali Məhkəməsinin qərarı çərşənbə axşamı, dekabrın 21-də açıqlanıb.

Hakimlərin qərarına əsasən, bu məbləğin bir hissəsini - 251 milyon funt-sterlinqi keçmiş ər şahzadəyə təzminat kimi ödəyəcək. Daha 290 milyon funt sterlinq onların uşaqları 14 yaşlı Cəlilə və 9 yaşlı Zayedin övladlarının ömürlük dəstəyinə gedəcək. Eyni zamanda, əmir onların təhsili üçün 3 milyon funt-sterlinq, cari xərclər üçün isə 9,6 milyon funt-sterlinq ödəyəcək.

Məhkəmə həmçinin bildirib ki, Dubay əmiri həyat yoldaşı və iki övladı üçün “əsas təhlükədir”.

BAKU.WS
QALEREYA