SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Polis İdarəsi keçmiş iranlı hərbçini qaçırmağa çalışan casus şəbəkəsini cinayət başında ələ keçirib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Vanda olan hərbçini 2-si İran casusu olmaqla 8 nəfər qaçırmağa çalışıb.

MİT tərəfindən iranlı kəşfiyyat orqanlarının işçiləri 30 min dollarlıq vəsaitlə Van şəhərində casus şəbəkəsi formalaşdırmağa çalışdığı ortaya çıxıb. Casus şəbəkəsinin üzvlərinə iranlı kəşfiyyatçıların təlimatı ilə Vanda olan hərbçinin qaçırılması qarşılığında 10 min dollar pul vəd olunub.

Lakin hərbçilərin qaçırılmayacağı təqdirdə onların İranda yaşayan ailə üzvlərinə zərər veriləcəyi bildirilib. MİT tərəfindən ilk olaraq iranlı casuslar, daha sonra isə 6 Türkiyə vətəndaşı ələ keçirilib. 

BAKU.WS
ВИДЕО