VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili qida məhsulları qəbul etməyə başlayıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, o, bal və təbii şirələr qəbul edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.

BAKU.WS