SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvilinin Ukraynada ikinci dəfə ailə həyatı qurduğu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, onun həyat yoldaşı - Ukraynanın ATƏT nümayəndə heyətinin keçmiş rəhbəri və hazırda Ukrayna Radasının deputatı Liza Yasko bununla bağlı "Facebook" hesabında video yerləşdirib. Belə ki, Saakaşvili Ukraynanı tərk etmədən öncə Liza ilə video çəkərək onunla ailə həyatı qurduğunu elan edib.

"Liza ilə mən hər kəsə yeni həyata başladığımızı, yeni ailəm olduğunu bildirmək qərarına gəldik. Bu gün Liza Yasko ilə birlikdəyik və istəyirik ki, hər kəs bizim münasibəti başa düşsün, xoşbəxtlik arzulasın", - deyə Saakaşvili müraciəti zamanı bildirib.

Qeyd edək ki, Liza Yasko Mixeil Saakaşvilidən 20 yaş kiçikdir.

BAKU.WS
VİDEO