13 gündür itkin düşən 8 yaşlı Narinin əmisi məhkəməyə çıxarılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
13 gündür itkin düşən 8 yaşlı Narinin əmisi məhkəməyə çıxarılacaq.
BAKU.WS xəbər verir ki, Diyarbakırın Bağlar bölgəsində itkin düşən Narin Güranın axtarışları davam etdirilir. Hadisə ilə bağlı azyaşlının əmisi S.G. saxlanılaraq ədliyyəyə göndərilib.
Narin Quran kursundan çıxandan sonra itkin düşüb. Onun axtarışları 2 kilometrlik məsafədə yerləşən su kanalına yaxın ərazidə aparılır. Tarlaların da yerləşdiyi ərazidə çoxsaylı qruplar və FHN əməkdaşları axtarışlar aparırlar. Hadisə yerinə xüsusi təlim görümüş itlər də cəlb edilib.
Bir gün əvvəl saxlanılan Narinin muxtar əmisi S.G.nin nəzarətdə saxlanılma müddəti 24 saat artırılıb.
O saxlanılan zaman telefonundakı bütün mesajıları silib.
S.G. Narinin sonuncu dəfə görüldüyü andan 15 dəqiqə sonra kənddən ayrılıb. Əmisinin avtomobilinin oturacağından götürülən DNA testi ilə Narinin paltarlarından alınan DNA-lar uyğun gəlib.
Hazırda S.G. istintaqa cəlb edilib və onun dindirilməsi davam edir.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...