SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada Perm Dövlət Universitetinə silahlı hücum həyata keçirən Timur Bekmansurovun zərərsizləşdirildiyi anın görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, silahlı şəxsə kiçik leytenant Kostantin Kalinin atəş açıb.

***14:21

Perm Dövlət Universitetində baş verən atışmada səkkiz nəfər həlak olub, 28 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı səkkiz nəfər həlak olub. 28 zərərçəkən isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibbi yardıma müraciət edib. 

*** 12:06

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

***11:40

Rusiyanın Perm Dövlət Universitetə silahlı şəxs basqın edib.

BAKU.WS xəbər verir ki, təhsil ocağına hücum zamanı 3 nəfərin həyatını itirdiyi, 4-nün isə yaralandığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKU.WS
VİDEO

VİDEO