SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksikada baş verən təbii fəlakət həyatı iflic edib.

BAKU.WS xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Querrero ştatının Akapulko şəhəri yaxınlığında axşam saatlarında 7,1 bal gücündə zəlzələ olub. Zəlzələnin mənbəyi 10 km dərinlikdə olub, episentri Akapulkodan 11 km cənub-qərbdə yerləşib.

Təbii fəlakət nəticəsində bir neçə insan yaralanıb, bir nəfər isə ölüb. Yeraltı təkanlar ərazidə dağıntılara səbəb olub.

Bundan başqa, Meksikanın Ekatepek de Morelos şəhərində yağışlar güclü daşqınlara səbəb olub.

Daşqınlar dağıntılara səbəb olub. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

BAKU.WS
VİDEO

VİDEO