TÜRKPA ilə Qlobal Tolerantlıq və Sülh Şurası arasında Niyyət Protokolu imzalanıb
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.
BAKU.WS xəbər verir ki, protokolu TÜRKPA-nın Baş katibi Ramil Həsən və QTSŞ-nin Prezidenti Ahmed Bin Mohammad Al-Jarwan imzalayıblar.
TÜRKPA Beynəlxalq Katibliyində keçirilən imzalama mərasimində çıxış edən Baş katib Qlobal Tolerantlıq və Sülh Şurası ilə münasibətlərə yüksək dəyər verdiyini bildirib. O, dostluğun, qarşılıqlı əməkdaşlığın, sülhün və əmin-amanlığın təşviqinə xidmət edən QTSŞ-nin bu günədək dünyanın 40-dan çox parlamenti və beynəlxalq təşkilatı ilə Niyyət Protokolu imzaladığını qeyd edib.
Baş katib vurğulayıb ki, parlament diplomatiyasının mühüm istiqamətlərindən biri olan beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafı baxımından bu Niyyət Protokolu faydalı və nümunəvi bir əməkdaşlıq modeli təşkil edir.
Birgə beynəlxalq konfransların təşkili və müxtəlif beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin vacibliyinə diqqət çəkən cənab Ahmed Bin Mohammad Al-Jarwan, imzalanmış Niyyət Protokolunun TÜRKPA ilə münasibətlərin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Ramil Həsən isə bildirib ki, imzalanmış Niyyət Protokolu tərəflər arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə, regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə xidmət edən birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev audit sahəsinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konf...