12 ölkədə Ramazan ayı başlayıb
Səudiyyə Ərəbistanında hilalın göründüyü elan edildikdən sonra 12 ölkədə bu gündən etibarən Ramazan ayı başlayıb və oruc tutulur.
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanı Ali Məhkəməsi Ramazan hilalının müşahidə olunduğunu açıqlayıb və sabahın müqəddəs ayın ilk günü olduğunu bildirib. Bunun ardınca Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Küveyt, Bəhreyn, Livan, həmçinin Mərakeş, Tunis, Əlcəzair və Əfqanıstan da Ramazanın bu gün başladığını elan ediblər.
Bəzi ölkələrdə isə hilal görünmədiyi üçün oruca sabahdan başlanacaq. Türkiyə, Misir, Suriya, İordaniya, Oman, İndoneziya, Malayziya, Bruney, Tayland, Avstraliya və İraq Ramazan ayına fevralın 19-dan başlayacaqlarını bildiriblər.
Fərqlilik ayın müəyyənləşdirilməsində tətbiq olunan üsullardan qaynaqlanır. Bəzi ölkələr hilalın adi gözlə görünməsini əsas götürür, digərləri isə astronomik hesablamalara üstünlük verir. Bu səbəbdən Ramazanın başlanma tarixi ölkələrə görə dəyişə bilir.
Oxşar xəbərlər
ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib
Çin Xalq Respublikası (ÇXR) ilə ABŞ hava və dəniz məkanında təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...