Ərdoğan: "Türkiyəsiz Avropa İttifaqı güclü aktor ola bilməyəcək"

Ərdoğan: Türkiyəsiz Avropa İttifaqı güclü aktor ola bilməyəcək
Siyasət 102

“Türkiyənin iştirakı olmadan Avropa İttifaqının güclü şəkildə mövcudluğunu davam etdirə bilməyəcəyi aşkardır”.

BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, “Anadolu” agentliyi Türkiyə prezidentinin “Avropa günü” ilə bağlı yaydığı açıqlamasını təqdim edib.

“Avropa İttifaqının qlobal güclü bir aktor olmasına ən böyük maneə strateji dözümsüzlük və uzaqgörən ola bilməməsidir. Tarixi, coğrafiya və insanlıq baxımından Avropanın bir parçası olan Türkiyə İttifaqın qarşılaşdığı problemlərin həllinə və nüfuzunun artırılması üçün üzərinə düşəni etməyə hazırdır. Ölkəmizin iştirakı və dəstəyi olmadan İttifaqın güclü şəkildə mövcudluğunu davam etdirməyəcəyi aşkardır”, - o vurğulayıb.

Son xəbərlər