SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin nəzarətdən çıxan “Long March 5B” kosmik raketinin qalıqlarının Hind okeanındakı Maldiv adaları yaxınlığına düşdüyü açıqlanıb.

BAKU.WS “Washingtonpost”a istinadən xəbər verir ki, dağıntılarının böyük bir qismi atmosferdə parçalanaraq yanan raketin geriyə qalan qırıntıları Hind okenına düşüb.

Bu haqda Çin Kosmik Mühəndisliyi Ofisindən məlumat verilib.

Bildirilib ki, “Long March 5B” kosmik raketi Çin saatı ilə 10:24 radələrində Maldiv adaları yaxınlığına eniş edib.

Sözügedən raketin enişini “SpaceTrack.com” saytı da təsdiqləyib.

BAKU.WS