SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinə səfərini yarımçıq saxlayaraq geri qayıtmaq məcburiyyətində qalıb.

BAKU.WS xəbər verir ki, baş nazir vəziyyət gərginləşdikdən sonra bu qərarı qəbul edib.

Buna qədər Nikol Paşinyanın olduğu avtomobilin yolu narazı kütlə tərəfindən bağlanmışdı.

*** 11:50

Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri etiraz aksiyalarının başlaması ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Amenia" məlumat yayıb.

Paşinyan Mehri şəhərinə gəlsə də, onlarla vətəndaş onun avtomobilinin qarşısını kəsib və şəhərdən getməsini tələb ediblər. Narazı kütlə "Nikol xain" şüarları səsləndiriblər.

Polis aksiya iştirakçlarına müdaxilə edib və baş nazirin avtomobilinin keçməsinə şərait yaradıb.

BAKU.WS
VİDEO