SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin suallarını cavablandırıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, mətbuat katibi üçtərəfli işçi qrupunun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb.

Zaxarova üçtərəfli işçi qrupunun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb:

“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun, yəni Rusiya, Azərbaycan, Ermənistanın fəaliyyəti çərçivəsində həm Bakının, həm də İrəvanın konstruktiv münasibətini görürük. Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistan tərəfinin rəsmi açıqlamalarında və media məkanında da üstünlük təşkil edəcək”.

Bundan başqa Zaxarova erməni jurnalistin Azərbaycan Silahlı Qüvvələrinin martın 15-dən 18-dək keçiriləcəyi əməliyyat-taktiki təlimlər planlı ilə bağlı sualını da cavablandırıb. O, təlimlərin bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmadığını diqqətə çatdırıb:

“Hərbi təlimlər adətən bütün Cənubi Qafqaz ölkələri tərəfindən keçirilir. Bu təlimlər müntəzəm əsasda keçirilir və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında çatdırılır. Bizdə olan məlumatlara görə, hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib. Təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”.

Qeyd edək ki, Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

BAKU.WS
VİDEO