12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində “Qartal Pəncəsi-2” adlı antiterror əməliyyatı zamanı ikisi rəhbər olmaqla, 33 PKK terrorçusu zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə ordusunun hava və qurudan təşkil etdiyi əməliyyat zamanı terrorçulara məxsus 50-yə yaxın sığınacaq, qərargah və silah-sursat anbarları məhv edilib.

“Qartal Pəncəsi-2” adlı əməliyyatda 40-dan çox təyyarə iştirak edib. Həmçinin Türkiyə Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları da əməliyyatda xüsusi rol oynayıb.

Qeyd edək ki, 10 fevral 2021-ci il tarixində başladılan əməliyyatlar nəticəsində terrorçularla toqquşmada 3 türk hərbçisi həyatını itirib, digər üçü isə yaralanıb. Qara bölgəsi Şimali İraqın dağlıq bölgəsinə verilən addır. Qara bölgəsi Türkiyə ilə sərhəddən təxminən 40 kilometr məsafədə yerləşir. Ərazidə çoxlu təpələr var. Qara dağı Qəndildən uzaq olsa da, dağlıq ərazi baxımından Qəndil dağı qədər əhəmiyyətlidir.

BAKU.WS