SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Corciya ştatından Demokratlar Partiyasının nümayəndəsi Con Osoff Senata seçildiyi üçün ştat əhalisinə təşəkkür edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu senator feysbuk hesabında yerləşdirdiyi videomüraciətində ifadə edib.

Belə ki, Corciya ştatında verilən səslərin hesablanmasından sonra C.Osoffun 50,2 faiz, rəqibi Respublikaçılar Partiyasının nümayəndəsi David Perdyunun isə 49,8 faiz səs qazandıqları üzə çıxıb.

Bununla da Senatda səslər yarıbayarı, 50-yə 50 nisbətində bölüşüb. Lakin seçkilər zamanı vitse-prezident kürsüsünə yiyələnən Kəmalə Harris həm də Senat sədri olduğu üçün Demokratlar Partiyası bir səs üstünlük əldə edib.

Xatırladaq ki, seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Nümayəndələr Palatasında da 212-yə qarşı 222 nəfərlik üstünlüyə malikdir.

BAKU.WS