VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) “2020 Qlobal Terrorizm İndeksi”ni açıqlayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, indeksə dair hesabatda il ərzində 163 ölkədə baş verən terror hadisələri araşdırılıb.

Nəticələrə əsasən, Əfqanıstan 2019-cu ildə dünyada baş verən terror hücumlarından ən çox təsirlənən ölkə olub.

Keçən il dünyada ümumilikdə 13,826 nəfər terror hücumlarında ölüb, onların 41 faizi, yəni 5,725 nəfəri Əfqanıstanın payın düşür. Əfqanıstandakı hücumlarda 6,221 nəfər yaralanıb.

Statistikaya görə, “Taliban” “dünyanın ən ölümcül terror təşkilatı” olaraq xarakterizə edilib.

Keçən il, statistikaya görə Əfqanıstanda terror hücumları qurbanlarının 87 faizi (4,990 nəfər) Taliban hücumlarından ölüb.

Bildirilir ki, “Taliban” 2019-cu ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinə 508 dəfə hücum etdib və bu hücumlarda 2900-dən çox insan həyatını itirib.

İndeksə görə, dünyada terrorizmdən ən çox təsirlənən ilk 10 ölkə Əfqanıstan, İraq, Nigeriya, Suriya, Somali, Yəmən, Pakistan, Hindistan, Konqo Demokratik Respublikası və Filippindir.

Bu siyahıda Türkiyə 18, ABŞ 29, Böyük Britaniya 30-cu sırada yer alır.

Avropa qitəsində terror hücumlarından ən çox təsirlənən ölkə Türkiyə olub.

Xatırladaq ki, Vətən Müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 414 nəfər yaralanıb.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3410 yaşayış evi yararsız vəziyyətə düşüb.

Həmçinin, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

BAKU.WS