SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda yerli vaxtla saat 20:00-da parlament seçkilərində səsvermə proseduru başa çatıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələri bütün ölkə üzrə bağlanıb.

Koronavirus pandemiyası şəraitində seçkilər epidemioloqlar tərəfindən hazırlanmış xüsusi qaydalara əsasən keçirilib.
İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.
Səsvermə prosesində ən yüksək seçici aktivliyi Raça-Leçxumi və Svaneti regionunda (63,8%), ən aşağı aktivlik isə Kvemo Kartlidə (51%) qeydə alınıb.

Qeyd edək ki, “exit-poll”unun nəticələrinə əsasən “Gürcü Arzusu” partiyası parlament seçkilərində seçicilərin 46 faizinin etimadını qazanıb.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası “exit-poll” məlumatları açıqlandıqdan dərhal sonra qələbələrini qeyd etməyə başlayıblar.

BAKU.WS