SİZİN REKLAM BURADA!
055 213 76 73


İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 36 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.

***20:27

Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, təbiət hadisəsi zamanı 885 nəfər xəsarət alıb.

“Xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır”, - deyə Fahrettin Koca bildirib.

Xatırladaq ki, ötən gün İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.

Təkanların Egey dənizində suyun səviyyəsinin qalxmasına və ətraf ərazinin su basmasına səbəb olduğu bildirilib.

BAKU.WS
VİDEO