10 ton kokainin ələ keçirildiyi gəmi ilə bağlı istintaqda yeni saxlanılanlar var
Atlantik okeanında ticarət gəmisinə keçirilən əməliyyat zamanı təxminən 10 ton kokain növündə narkotik maddənin aşkarlanması ilə bağlı aparılan istintaq çərçivəsində yeni saxlanılmaların olduğu bildirilir.
BAKU.WS xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə daha 5 nəfər saxlanılıb. Bununla da iş üzrə saxlanılanların ümumi sayı 12-yə yüksəlib.
Xatırladaq ki, daha əvvəl İspaniyanın Kanar adaları yaxınlığında 10 ton kokain müsadirə edilən gəmi ilə əlaqədar Türkiyənin 6 vilayətində keçirilən paralel əməliyyatlar zamanı 7 şübhəli saxlanılmışdı. Həmçinin 3 nəfər barəsində axtarış və "qırmızı bülleten" verilməsi üçün prosedurlara başlanıldığı açıqlanmışdı.
İstanbul Respublika Baş Prokurorluğu bildirmişdi ki, gəminin ekipaj üzvlərindən Kubilay Yalçın, Ali Osman Amanet, Remzi Karakaya və Atanur Ateş hazırda İspaniyada həbsdədir. Eyni zamanda şübhəlilər Çetin Gören, Ahmad Almassri və "United Shipping Gemi Acentalığı Sənaye və Ticarət" MMC-yə (Kamer Shipping) məxsus daşınar və daşınmaz əmlaklara, şirkət paylarına, bank hesablarına və kriptovalyuta aktivlərinə həbs qoyulub. Bu qərar növbətçi məhkəmə tərəfindən də təsdiqlənib.
Jurnalist Burak Doğan sosial şəbəkə paylaşımında istintaqın genişləndirildiyini və son əməliyyat nəticəsində daha 5 nəfərin saxlanıldığını iddia edib. Onun sözlərinə görə, əməliyyatlar gizlilik və ciddi nəzarət şəraitində davam etdirilir.
Oxşar xəbərlər
İranda etirazlar 25 gündür davam edir: ölənlərin sayı 4 519-a çatıb
İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları 25-ci gününə daxil olub. ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA)...