1 milyard rüşvət almış Rusiyanın sabiq müdafiə nazirinin bahalı avtomobillərinə həbs qoyuldu
Moskvanın Basman Məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanova qarşı rüşvətxorluq işi çərçivəsində iki retro avtomobilə həbs qoyub.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məhkəmə materiallarına istinadən məumat yayıb.
"Sorğu əsasında 1942-ci il istehsalı Packard avtomobilinə həbs qoyulub", - deyə sənəddə qeyd edilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, söhbət 1939-cu ildə ABŞ-də hazırlanmış və SSRİ-yə gətirilmiş "Packard Super 8 Series 180" modelindən gedir. Həmin limuzinlər o dövrdə kondisioner və elektrik şüşəqaldırıcıları ilə təchiz olunurdu. Daha sonra SSRİ-də bu avtomobil bazasında "ZİS-110" adlı nümayəndəlik sinfinə aid avtomobil hazırlanıb.
İvanova aid edilən digər retro avtomobil isə 1939-cu il istehsalı "Opel Admiral" modelidir.
18 dekabrda İvanovun işi ilə bağlı araşdırma çərçivəsində 2013-cü il istehsalı "Rolls-Royce Ghost" avtomobili də həbs edilib. Belə bir avtomobilin qiyməti 10 milyon rubldan başlayır. Onlayn məlumat bazalarına əsasən, İvanov ailəsinə aid olduğu ehtimal edilən avtomobil "Hermes-Texno" MMC-yə məxsusdur.
Məhkəmə materiallarında göstərilir ki, bu şirkətin təsisçisi İvanovun ailəsinin sürücüsü Stanislav Kuznetsov olub.
İddialara görə, İvanov Müdafiə Nazirliyində Sergey Şoyqunun rəhbərliyi altında çalışdığı dövrdə bəzi şirkətlərə şəxsi obyektlərində pulsuz işlər görmək üçün şərait yaradıb. Eks-məmura 1 milyard rubldan çox rüşvət almaqda ittiham irəli sürülüb. İvanov ittihamları qəbul etmir.
Bundan əvvəl məhkəmə İvanova məxsus olan onlarla avtomobili və bir kateri də həbs edib.
Qalereya
Oxşar xəbərlər
Repçi özünə oxşayan şəxsə 10 000 dollar verdi
Repçi Dreyk fərqli addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, məşhurların oxşarlarının qatıldığı yarışmada onun bənzəri ortaya çıxıb. Həmin müsabiqə Drey...